10 C
Baku
Monday, November 18, 2024

Uzun illər Polşada çalışmış şəxs Azərbaycanın iri kosmetika şirkətinə direktor təyin edilib

Azərbaycanda kosmetika şirkəti “Gazelli Group” MMC-nin direktoru dəyişdirilib.

Banker.az xəbər verir ki, Emin Quliyev Rahim oğlu şirkətin direktoru təyin edilib.

Buna qədər şirkətin direktoru Əhməd Əfəndiyev Mahmud oğlu idi.

E.Quliyev 9 ilə yaxın Polşada fəaliyətdə olan “HP Inc Poland”da çalışıb.

Xatırladaq ki, “Gazelli Group” MMC 2009-cu ildə yaradılıb, 44.924 mln. manat nizamnamə kapitalı var. Şirkətin təsisçisi Zərifə Həmzəyevadır. Z.Həmzəyeva hazırda ən iri bank səhmdarı olan xanımdır. O “Premium Bank” ASC-də ən iri səhmdardır.

İndiyə qədər direktoru olmuş şəxslər:

  • Məmmədov Elnur Fikrət oğlu (2009-2017)
  • Əliyev Fuad Eyyub oğlu (2017)
  • Həmzəyeva Zərifə Kamil qızı (2017-2021)
  • İsmayılova Nərmin Vəkil qızı (2021-2024 aprel)
Son xəbərlər
Digər xəbərlər