12 C
Baku
Friday, January 10, 2025

Uzun məzuniyyətdən sonra işə yenidən necə adaptasiya olaq?

Həyat ritminin dəyişməsi və yorğun işdən məzuniyyət götürmək sözsüz hamımız üçün mütləqdir. Lakin uzun bayram məzuniyyətləri bizə gücümüzü bərpa etməyə kömək etməklə yanaşı yenidən işə qayıtdıqda işə uyğunlaşmağımıza çətinlik törədir.

İlk baxışda məzuniyyətdən sonra birbaşa ofisə dönərək işə başlamaq olduqca asan görünür. Lakin bu heç də göründüyü kimi asan məsələ deyildir. Çünki siz məzuniyyətdə olarkən istədiyiniz vaxtda yuxudan oyanır və istədiyinizi etməkdə sərbəst olursunuz. Bütün bu rahatlıqlardan sonra işə qayıtdıqda standart iş qrafiki, stressli şəraitdə işləmək və tez-tez vacib qərarlar vermək heç də asan olmur.

Bu vəziyyətdə bioloji ritmlərin dəyişməsi ilə yanaşı digər problemlər də baş qaldıra bilər. Belə ki, iş rejiminə geri döndükdə istəkləriniz və vəzifələriniz arasında kəskin münaqişə yaranır. Bir çox insanlar üçün məzuniyyət stress yaradan faktorlardan uzaqlaşma vasitəsidir və yenidən işə döndükdə bu faktorlarla üz-üzə gəlməyi qəbul etmək düşünülən qədər asan olmur.

Bir çox şirkət rəhbərləri işçilərinin bu vəziyyətini anlayışla qarşılayır və onların yenidən işə adaptasiya olmaları üçün zamana ehtiyacları olduqlarını bilirlər. Lakin onlar bu problemin həllinə demək olar ki, vaxt ayırmırlar.

Bayram tətili və məzuniyyət sonrası sindromunun öhdəsindən gəlmək üçün bir neçə sadə qaydalara riayət etmək lazımdır.

  • İstirahətdən işə keçidi rəvan şəkildə yerinə yetirin. Bütün işləri eyni anda görməyə çalışmayın və işə diqqətli və planlı şəkildə yanaşın. Ən vacib işlərin siyahısını tərtib edin və ilk növbədə onlardan başlayın.
  • İlk günlər yüngül iş rejimi ilə başlamaq mütləqdir. İşə başladığınız ilk günlərdə məzuniyyət vaxtında yaşadıqlarınızın təsiri altında olacaqsınız və bu da bütün fikrinizi işə yönəltməyə mane olaraq sonda səhvlər etmənizə səbəb olacaq. Buna görə də ilk olaraq prioritetli tapşırıqları seçib planlı şəkildə onları yerinə yetirəcəyiniz zamanı müəyyən edin. İşlədiyiniz hər bir saatdan bir qısa fasilələr etməyi unutmayın.
  • İşə başladığınız ilk günlərdən işdə ləngiməməyə çalışın və ilk günlərdən özünüzü işlə çox yükləməyin. Bu daha sonralar xroniki yorğunluğa səbəb ola bilər.
  • Zövq aldığınız şeyləri tez-tez etməkdən çəkinməyin və bunları etmək üçün məhz həftə sonunu gözləməyin. Əgər məzuniyyət zamanı təbiətdə vaxt keçirməyə və səhərlər meyvə yeməyə adət etmisinizsə bunları indi də etməyə eyni ruhda davam edin. Adət etdiyiniz şeyləri belə təkrarlamaq işə yenidən uyğunlaşmağınıza kömək edəcək.
  • Məlumdur ki, sizin yuxu qrafikinizdə də dəyişikliklər yaranıb və buna görə də bir-iki saat tez yatmağa çalışın. Bununla barışmaq çətin olsa da, bu mütləqdir. Səhərlər gücünüz nə qədər çox olsa, adaptasiya mərhələsini bir o qədər tez keçəcəksiniz.
Son xəbərlər
Digər xəbərlər