9 C
Baku
Monday, December 23, 2024

Uzun ömürlü şirkətlər

İqtisadiyyatçı Ari de Quisin tədqiqatlarına əsasən, əgər müəyyən bir şirkət bazarda on ildən artıq fəaliyyət göstərirsə və sayına görə rəqiblərdən dəfələrcə çoxdursa, o zaman bu şirkəti uzun ömürlü hesab etmək olar.

Uzun ömürlü şirkətlər ətraf mühitə qarşı həssasdırlar. Onların biliklərin ( DuPont şirkətinin texnoloji yenilikləri) və yaxud təbii sərvətlərin əsaslarında gəlir əldə etdiklərindən asılı olmayaraq, bu şirkətlər daim ətraf aləmlə harmoniyada qalıblar. Müharibələrin, depresiyaların, texnoloji və siyasi dəyişikliklərin tüğyan etdiyi dövrdə bu şirkətlər heç nəyə baxmayaraq ətrafda nə baş verdiyi və insanların tələbatları haqqında məlumat almağa davam edirdilər. Keçmişdə kommunikasiya vasitələrinin bir o qədər də yaxşı inkişaf etmədiklərini də nəzərə almaq lazımdır.

Bəzi hallarda şirkətlər dənizlərin üzərindən uzun məsafələr qət etmiş zərfdəki məlumatlara etibar etmək məcburiyyətində qalıblar. Şirkətlərin şura iclaslarında ictimai düşüncələr ön plana çəkilmirdilər. Buna baxmayaraq şirkətlər onları əhatə edən hadisələrə vaxtında münasibət göstərməyi bacarırdılar.

Uzun ömürlü şirkətlər birgə çalışırdılar və onlarda özlərini dərk etmə gücü çox yaxşı inkişaf etmişdi. Onların nə qədər şaxələndirilmiş olmasından asılı olmayaraq, şirkətlərin hər bir əməkdaşı (hətta təchizatçıları belə) özlərini vahid orqanizmin bir tərkib hissəsi kimi hiss edirdilər. Əməkdaşlar arasında sıx əlaqələr dəyişikliklər baş verən zamanda sağ qalmaq üçün təşkil olunmuşdu. Kütlənin bir ideyası ətrafında birləşmək rəhbərlərin əməkdaşlar və nəsillər arasında əlaqələri təmin edirdi. Rəhbərlərin hər bir nəsli uzun zəncirdə yalnız bir halqa idilər. Böhran hadisələrindən başqa, bütün digər hallarda rəhbərliyin əsas öhdəliyi və qayğısı ümumi müəssisənin sağlamlığı idi.

Uzun ömürlü şirkətlər səbrli idilər. Onlar şaxələndirilmə cəhdlərinə yönəldilmiş istənilən mərkəzləşdirilmiş nəzarətdən qaçırdılar. XVII–ХIX əsrlərinin rəhbərləri heç bir zaman “qeyri-mərkəzləşdirilmiş” terminindən istifadə etmirdilər. Bu terminlər yalnız XX əsrin sonlarında əmələ gəlib. O zaman rəhbərlik öz şirkətlərinin siyasəti haqqında səbrlik kateqoriyalarında fikirlərini ifadə edirdilər və düşünürdülər.

Uzun ömürlü şirkətlər maliyyələşmədə mühafizəkardırlər. Onlar qənaətcildirlər və səbəbsiz yerə kapital ilə risk etmirdilər. Onlar pulların varlığını köhnə fikirli şəkildə başa düşürlər. Pul əllərinin altında olduqda onlar özlərinə daha çox inamlı olurlar.

Nəzəriyyə və təcrübəyə malik olsanız, sizin qurduğunuz şirkət uzun müddətli fəaliyyət göstərəcək.

Son xəbərlər
Digər xəbərlər