12 C
Baku
Wednesday, December 11, 2024

Üzün tanınması funksiyasına malik olan ilk bankomat təqdim edilib

Çinin Sinxua Universiteti və “Tzekwan” texnologiya şirkətində fəaliyyət göstərən mütəxəssislər tərəfindən üzün tanınması funksiyasına malik ilk bankomat təqdim olunub.

Biometrik bankomat istifadəçinin üz cizgilərinin şəklini çəkərək öz məlumat bazasındakı təsvirlərlə müqayisə edən kamera ilə təchiz edilib. İstehsalçıların sözlərinə görə, şəxsin üzü dəyişikliyə məruz qaldıqda belə sistem onu identifikasiya edə bilir.

“Tzekwan” şirkətinin eksperti Qu Zikun yeni bankomatların tezliklə satışa çıxarılacağını bildirib. Yeni bankomatlar maliyyə cinayətləri ilə mübarizədə və bank hesablarına icazəsiz girişin qarşısının alınmasında mühüm rol oynayacaq. Bankomat həmçinin pul yükləyərkən hər bir banknotun seriya nömrəsini yazır ki, bununla da bankomata saxta pul yükləməyə çalışan müştərilər identifikasiya edilir.

Yeni bankomatın valyuta nəzarəti sisteminin dəqiqliyi bütün dünyada istifadə olunan orta statistik bankomatlarla müqayisədə iyirmi faiz daha yüksəkdir.

https://www.youtube.com/watch?v=OCc5rJZkE3A

 

İKT.az

Son xəbərlər
Digər xəbərlər