Uzunmüddətli istifadə və rahatlıq: HUAWEI NOVA 12s və NOVA 12 SE

®Kompaktlıq və Yüngüllük

HUAWEI nova 12s və nova 12 SE istifadə rahatlığını və portativliyi ön planda tutaraq hazırlanmışdır. 6,88 mm qalınlığı və yalnız 168 qram ağırlığında olan nova 12s və qalınlığı 7,39 mm və 186 qram çəkisi olan nova 12 SEsmartfonlarıcibinizdə narahatlıq yaratmadan asanlıqla daşıma üçün ideal bir seçimdir. Parlaq rənglərlə zənginləşdirilən müasir dizaynı onları gənclər və müasir istifadəçilər üçün mükəmməl aksesuar halına gətirir.

İstifadəçilər bu cihazların yüngüllüyü və kompaktlığı ilə asanlıqla səyahət edə, gəzintiyə və ya idman zalına apara biləcəklər. Beləliklə, əlavə ağırlıqdan narahat olmadan rahatlıqla istifadə etmələri mümkündür.

Rənglərin Cazibəsi: OLED Ekran
HUAWEI nova 12s 6,7 düymlük və nova 12 SE 6,67 düymlük geniş, çərçivsiz OLED ekran mükəmməl görüntü keyfiyyəti təqdim edir. Nova 12s üçün yüksək FHD+ ekran icazəsi (2412 × 1084 piksel) və 120 Hz-lik yeniləmə tezliyi, habelə nova 12 SE üçün yüksək FHD+2400 x 1080 piksel ekran icazəsi və 90 Hz-lik yenilənmə tezliyi istifadəçilərə parlaq rənglər və axıcı qrafiklərdən tam zövq almağa imkan tanıyır. Bu, film izləmək, oyun oynamaq və multimedia istifadəsi üçün ideal seçimdir.

Ekranın keyfiyyəti, istifadəçilərin mobil oyunlar və filmlərlə saatlarca vaxt keçirərək əvəzsiz bir təcrübə yaşamalarına imkan tanıyır. Axın şəklində video izləməkdən tutmuş, canlı futbol oyunlarını geniş ekranda izləməyə qədər — ekranla hər bir qarşılıqlı əlaqə rəngarəng bir əyləncəyə çevrilir. Bu səbəbdən, nova 12s və nova 12 SE multimedia istifadəsi üçün mükəmməl bir seçimdir.

Göz Qoruma funskiyası ilə Rahat İstifadə İmkanları

Ekranlarda uzun saatlar keçirdiyimiz birdövrdə, göz sağlamlığına diqqət yetirmək son dərəcə vacibdir. Göz Sağlamlığı Rejimi zərərli mavi işığın miqdarını azaldaraq göz yorğunluğunu minimuma endirir, bu da uzun müddət film izləmək və ya smartfondan istifadə etməklə əlaqəli rahatlığınızı artırır. Artıq cihazınızdan istifadə edərkən komfortunuzu düşünməyə ehtiyac qalmayacaq.

Etraf mühitin işıqlandırmasına əsaslanan avtomatik parlaqlıq tənzimləmə funksiyası, ekranı tələblərinizə uyğun şəkildə daha yaxşılaşdıra bilər. Bu xüsusiyyət axşam saatlarında parlaq işığın gözlərinizi yormasına mane olur. Yaxşı işıqlandırma təmin edən ağıllı texnologiya, gözlərinizi qoruyaraq hər şəraitdə smartfondan istifadə edərkən həqiqi bir rahatlıq təmin edir.

Güclü və Davamlı Batareya

4500 mAh həcmli batareya tez-tez enerji doldurmağa ehtiyac olmadan uzun müddət istifadəyə imkan tanıyır. HUAWEI SuperCharge Turbo 2.0 sürətli şarj texnologiyası sayəsində yalnız 15 dəqiqəyə batareyanın 62%-ni doldurmaq mümkündür, bu da aktiv həyat tərzi keçirən istifadəçilər üçün mükəmməl bir seçimdir. Gündəlik yaşamınızdakı sıxlıqdan asılı olmayaraq daima əlaqədə olmağı təmin edir.

Bu smartfonlar uzun müddət işləmə imkanı axtaran istifadəçilərin tələblərinə tam cavab verir və onlara enerji doldurma axtarışında narahatlıq hissi yaşatmaz. Təkmilləşdirilmiş enerjidarəetməsi və qabaqcıl texnologiyalar cihazla hər bir qarşılıqlı əlaqənizi daha rahat və təhlükəsiz hala gətirir.

1 5

Nəticə olaraq, HUAWEI nova 12s və nova 12 SE kompakt dizaynı, parlaq OLED ekranı, göz sağlamlığı rejimi və uzunmüddətli batareyası ilə müasir istifadəçilər üçün ideal seçimdir.