13 C
Baku
Friday, November 22, 2024

Uzunmüddətli kreditin növləri

Uzunmüddətli kreditlər –beş il və daha uzun müddətə banklardan götürülən borclardır. Bir qayda olaraq, belə kreditlər adətən iri alış-verişlər – avtomobil, daşınmaz əmlakın alınması və ya mənzildə bahalı təmirin aparılması üçün əldə olunur.

Uzunmüddətli kreditlərə beş ildən yuxarı müddətli borcları aid etmək olar. Əsasən bu tip kreditlər fiziki şəxslər tərəfindən – tikinti və ya daşınmaz əmlakın əldə olunması (bu tip kreditlərin verilməsi müddəti bəzən 25 ilə də çata bilir, bununla yanaşı borcalan kreditor tərəfindən qoyulan məhdudlaşdırıcı tələblərə də cavab verməlidir) məqsədilə istifadə olunur. Avtomobilin alınması üçün kreditlər bir qayda olaraq, daha az müddətə – iki-üç il müddətinə verilə bilər.

Eyni zamanda uzunmüddətli kreditlər, tez-tez müəssisə və təşkilatlar tərəfindən istehsalın modernləşdirilməsi və texniki genişləndirmə məqsədilə biznesin inkişafı və investisiya üçün istifadə olunur. Eləcə də hüquqi şəxslərə də kredit təşkilatı tərəfindən borcun verilməsi zamanı bir sıra tələblər irəli sürülür. Bu tələblərə maliyyə göstəricilərinin stabilliyi, eləcə də hüquqi şəxsin fəaliyyət müddəti və ya inkişaf üzrə biznes-planın kredit təşkilatına təqdim edilməsi aid edilir.
Uzunmüddətli kreditlər üzrə fəaliyyət banklar üçün kifayət qədər riskli ola bilər, buna görə də bu tip kreditlərin verilməsi hər hansı əmlakın girov qoyulması və ya zamin şəxsin mütləq varlığı şərtləri ilə müşayiət olunur.

Kredit təşkilatlar tərəfindən uzunmüddətli kreditlərin əldə olunması üzrə ərizəyə baxılması qısa və ortamüddətli kreditlərə nisbətən daha uzun sürür.

Bütün bu risklərə baxmayaraq, kredit təşkilatları tərəfindən uzunmüddətli kreditlər üzrə təyin olunan faiz dərəcələri qısamüddətli kreditlərin faizlərindən daha az olması ilə fərqlənir. Belə bir situasiya onunla bağlıdır ki, borcalan tərəfindən ödənilən yekun məbləğ qısamüddətli kreditlərdəkindən daha çoxdur. Bundan əlavə, ödənişlərin əsas hissəsi məhz ilk dövrlərdə ödənilir.

Fiziki şəxslərə banklar tərəfindən verilən kreditlər, bir qayda olaraq, “istehlak kreditləri” adlanır, belə ki, onun əsas məqsədi kredit alanın tələbinin ödənilməsindən ibarətdir. Fərdi şəxslərə verilən kreditlərin ən məşhur növü istehlak kreditləri sayılır. Son illərdə kreditin bu sahəsi daimi inkişafdadır. Bankların istehlak kreditləri üzrə riskləri çox yüksək olduğundan burada faiz dərəcələri də ən yüksək olur. Istehlak kreditlərini təkcə funksiyalarına (başqa sözlə, məqsədinə) görə deyil, kredit müddətinə görə də təsnifləşdirmək olar.

Son xəbərlər
Digər xəbərlər