3 C
Baku
Sunday, February 25, 2024

Vəfat etmiş şəxsin kreditini kim ödəməlidir? – Hüquqşünasdan AÇIQLAMA

İnsanların kommersiya banklarına olan borcu son günlər müzakirə obyektidir. 9 iyulda Tərtər rayonunda 23 yaşlı gəncin məhz bu səbəbdən intihar etməsi də ölkədə rezonans doğurub. Belə olan halda “vəfat etmiş şəxsin kreditini kim ödəməlidir” sualı doğur.

Çoxlarını narahat edəın bu sualı hüquqşünas, keçmiş bank işçisi Əkrəm Həsənov cavablandırıb.

O qeyd edib ki, kredit təşkilatları qanunsuz olaraq vəfat etmiş şəxsin kreditinin ödənilməsini onun ailə üzvlərindən tələb edir:

“Hər kəs özünə cavabdehdir. Borclu, kreditə görə yalnız öz əmlakı ilə məsuliyyət daşıyır. Əmlakı yoxdursa, kredit ödənilmir və buna görə borcluya qarşı heç bir tədbir görülə bilməz”.

Hüquqşünas kredit borcu olan və ölən şəxslərin yaxınlarına tövsiyyə verib: “Heç nədən və heç kəsdən qorxmayın, sizi narahat edənləri isə qovun, polisə müraciət edin və s.”.

Hüqquşünas deyib ki, vəfat etmiş borclunun krediti Mülki Məcəlləyə uyğun olaraq onun əmlakı hesabına ödənilməlidir: “Bu əmlak onun vərəsələrinə keçdikdə, vərəsələr kreditə görə yalnız onlara keçmiş miras həddində məsuliyyət daşıyırlar. Yəni öz əmlakları ilə yox, yalnız miras kimi qalmış əmlakla”.

Modern.az

Son xəbərlər
Digər xəbərlər