17 C
Baku
Şənbə, Oktyabr 16, 2021

Vətən müharibəsi iştirakçıları və ailə üzvlərinin 3 milyon manata yaxın borcu ödənilib

Screen Shot 2021 09 02 at 14.34.20

Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna (“YAŞAT” Fondu) daxil olan vəsaitdən indiyədək hansı istiqamətlər üzrə xərcləndiyi məlum olub.

Vəsaitlər ödənişlərin xərc istiqamətləri üzrə bölgüsü və ödənişlərin xərc istiqamətlərinin alt növləri üzrə bölgüsünə uyğun olaraq sərf edilib.

Belə ki, öhdəliyə götürülən 5 505 şəxsdən 4 391 nəfərinə dəstək göstərilib və bu istiqamətdə 17 965 368,66 manat xərclənib.

Fonda toplanan vəsaitdən məişət şəraitinin yaxşılaşdırılması üçün 13 399 587,50, borc öhdəliklərinin qarşılanması üçün 2 959 921,60, tibbi xərclərin ödənilməsi üçün 1 705 433,75, təhsil xərclərinin ödənilməsi üçün 52 505,54 manat xərclənib.

Evin təmiri üçün 9 124 675,50, bank borcları üçün 2 850 169,66, müalicə xərcinin qarşılanması üçün 1 377 271,43, qeyri-bank borcları üçün 109 751,94, təhsil haqqının ödənilməsi üçün 50 504,54, istilik sisteminin quraşdırılması üçün 8 008 manat və digər məsələlərlə bağlı vəsait sərf olunub.

Qeyd edək ki, indiyədək fondda 30 905 864,3 manat toplanıb. Həmin vəsaitin 17 965 368,66 manatı xərclənib. Vəsaitin qalığı isə 12 940 495,64 manatdır.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər