Vətən Müharibəsi qəhrəmanlarına vergi güzəştləri tətbiq ediləcək

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Əmək Məcəlləsində və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunu təsdiq edib.

Əməl Məcəlləsinə edilən dəyişikliyə əsasən, Azərbaycan Respublikası Vətən Müharibəsi qəhrəmanlarına məzuniyyət 46 təqvim günündən az olmayaraq veriləcək.

Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, Azərbaycan Respublikasının Vətən Müharibəsi qəhrəmanlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılacaq.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.