Vətən müharibəsi şəhidlərinin yeni siyahısı açıqlanıb

Müdafiə Nazirliyi Vətən müharibəsində şəhid olan hərbi qulluqçuların yeni siyahısını açıqlayıb.

Nazirlik Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olan hərbi qulluqçularından iyunun 30-dək dəfn edilən 2906 nəfərin, eləcə də itkin düşmüş hesab olunan 8 nəfərin foto şəkillərini, adlarını, soyadlarını, hərbi rütbəsi və doğum tarixi haqqında məlumatları təqdim edib.

Müdafiə Nazirliyindən bildirilib ki, itkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və identifikasiyası üzrə işlər davam etdirilir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Şəhidlərimizin ruhu qarşısında baş əyirik!

Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların siyahısı


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.