32 C
Baku
Sunday, July 14, 2024

Vətəndaşlara 425 milyon manatdan çox ƏDV geri qaytarılıb

Azərbaycanda “ƏDV geri al” layihəsinin tətbiq edildiyi vaxtdan bu il may ayına qədər müvafiq portalda qeydiyyatdan keçmiş istehlakçılara ümumilikdə 425.1 milyon manatdan çox vəsait geri qaytarılıb.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) məlumatında bildirilir.

Məlumata görə, təkcə bu ilin yanvar-aprel ayında isə 49 milyon manata yaxın ƏDV məbləği geri qaytarılıb.

“ƏDV geri al” nağdsız ödəmələrin genişlənməsinə mühüm təkan verən layihələrdən biridir. Alınmış mallara və əldə edilmiş xidmətlərə görə ödəniş nağdsız qaydada olduqda ödənilmiş ƏDV-nin 17.5 %-i, nağd qaydada isə 5 %-i istehlakçılara geri qaytarılır. Vətəndaşları pərakəndə ticarət, ictimai iaşə və tibb xidmətləri sahəsində nağdsız ödəmələrə cəlb etmək məqsədi daşıyan stimullaşdırıcı “ƏDV geri al” layihəsinin reallaşdırılması sözügedən sektorlarda nağdsız ödəmələrin xüsusi çəkisinin əhəmiyyətli dərəcədə yüksəlməsinə səbəb olub.

Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində də işlər davam etdirilir. Hazırda ölkə üzrə tətbiq olunan onlayn NKA-ların sayı 88 mindən çoxdur. 2023-cü ilin 4 ayı ərzində yeni nəsil kassalar vasitəsilə qeydə alınan dövriyyə 6.7 milyard manat olub ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 20.1 % çoxdur.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər