24 C
Baku
Cümə axşamı, Sentyabr 23, 2021

Vətəndaşların nağdsız ödənişə marağı kəskin artdı

Screen Shot 2021 09 02 at 14.34.20

Azərbaycanda son bir ayda nağd pulun ATM və POS terminallardan çıxarılması azalıb, nağdsız ödənişlər artıb.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankın 2021-ci ilin iyun ayı üzrə açıqladığı statistik hesabatlarda qeyd edilir.

ATM nağd pulun çıxarılması 1 milyard 859 milyon manat olmuşdur. Bu isə öncəki ayla müqayisədə 21 mln. manat azalma deməkdir. Nağd pulun POS terminallarla çıxarılmasının həcmi isə 80 mln. manat təşkil edib, bu da aylıq müqayisədə 7 mln. manat artım deməkdir.

Lakin öncəki ilin ilk yarısında nağdsız pulun çıxarılması 9 milyard 532 milyon manat olduğu halda, cari ildə bu 10 milyard 854 milyon manat manata yüksəlmişdir.

NAĞDSIZ ÖDƏNİŞLƏRDƏ ARTIM

2021-ci ilin iyun ayında POS-terminallarla nağdsız ödənişlərin həcmi 327 milyon manat olmuşdur. Bu isə öncəki ayla müqayisədə 14 milyon manat artım deməkdir.

Nağdsız ödənişlərin həcmi ilin ilk yarısında isə 1 milyard 764 milyon manat olmuşdur. Bu isə öncəki ildə 951 milyon manat olmasını nəzərə alsaq bu illik müqayisədə 85% artım deməkdir.

Əlavə edək ki, hazırda POS-terminallarla ödənişlər üçün hökumət vətəndaşlar üçün bir neçə həvəsləndirici alətlərdən istifadə etməkdədir ki bu ödənişlər böyüsün. Bunlardan biri də innovativ layihə olan “ƏDV geri al” layihəsidir. Belə ki, nağdsız ödənişlərdə “cash back” ƏDV-nin 15% ilə hesablandığı halda, nağdda bu cəmi 10% ilə hesablanır.

E-ticarətlə olan ödənişlərin həcmi isə ilk yarımildə 2 milyard 292 milyon manat olmuşdur, bu da illik müqayisədə 36% artım deməkdir. Öncəki yazımızda e-ticarətlə ödənişlərlə bağlı artım xəbərini qeyd etmişdik.

Screen Shot 2021 09 23 at 11.36.43
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər