16 C
Baku
Saturday, April 27, 2024

Vəkil, mühasib və auditorların vergi ödənişləri necə hesablanacaq? – Nazirlik

Media təmsilçiləri xidmət fəaliyyəti ilə məşğul olan bəzi şəxslərin sadələşdirilmiş vergi ödəyicisi qismində saxlanılması, digərlərinin isə mikrobiznes subyektinə aid edilməsi ilə bağlı məsələyə də aydınlıq gətirilməsini xahiş ediblər.

Banker.az bildirir ki, bu barədə Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin baş direktoru Samirə Musayeva bildirib.

O, bildirirb ki, Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, bir sıra fəaliyyət sahələrinin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ məhdudlaşdırılıb: «Onlar vətəndaşa yox, biznesə xidmət göstərən şəxslərdir. Vəkil, mühasib, auditor vətəndaşlara xidmət göstərdikləri halda, onlara dövriyyənin həcmindən asılı olaraq sadələşdirilmiş vergi rejimi tətbiq ediləcək. Sahibkarla bağlanmış müqavilə əsasında sahibkara xidmət göstərən subyektlərin sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququ olmayacaq. Bu dəyişiklik bir sıra zəruri məsələlərlə bağlıdır. Məsələn, sahibkara xidmət göstərən başqa bir sahibkar qarşı tərəfə öz xərcini və gəlirini göstərmək istəmir, yaxud sadələşdirilmiş vergi rejimi ilə işlədiyi halda qarşı tərəfin tələbinə baxmayaraq, ona qaimə-faktura vermir, nəzarət-kassa aparatının çeki isə sonradan rəsmiləşdirilir. Bəzən bir sahibkar başqa sahibkara mal, iş və ya xidmət təqdim etdikdə, istisna hallarda hüquqi xidmət göstərdikdə elektron qaimə-faktura təqdim etməlidir ki, qarşı tərəf öz xərcini sübut edə bilsin. Lakin bəzi hallarda qarşı tərəf gəlirini gizlətdiyindən xərcini də leqallaşdırmır. Bütün bunlar sui-istifadə hallarına yol açır. Vergi ödəyicilərinın öz əməliyyatlarını rəsmiləşdirməsi qaydaları Vergi Məcəlləsi ilə müəyyən olunur və bu cür halların qarşısının alınması məqsədilə qanunvericilikdə müvafiq dəyişikliklər edilib. Qərara alınıb ki, sahibkarlar arasında əməliyyat aparılırsa, həmin şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmasın, gəlir və xərclərin dəqiq uçotu aparılsın və əldə edilən xalis gəlirdən və yaxud mənfəətdən 75 faiz güzəşt tətbiq edilməklə vergi ödənilsin».

Sahibkarın il ərzində mikro sahibkarlıq subyektindən kiçik sahibkarlıq subyektinə keçdiyi halda ona vergi güzəştinin necə tənzimlənməsi ilə bağlı suala cavab verən Samirə Musayeva bildirib ki, gəlir və mənfəət vergisi ilə bağlı bəyannamə ildə bir dəfə təqdim edildiyi üçün ödənişlərin ritmikliyində yubanma olmasın deyə, bu, ilkin ödəniş sayılır: «İl başa zatdıqdan sonra mənfəət vergisi üzrə bəyannamə verildiyindən, cari ödəmələr bəyannamə ilə müqayisədə daha az ola bilər. Ödəmələr az olduqda kəsir qalan hissə bğdcəyə bərpa olunur. Əksinə, artıq olduqda həmin hissə növbəti vergi öhdəliklərinə yönəldilə bilər. Sahibkar yeni qeydiyyata alınıbsa və mikro sahibkar kateqoriyasına aiddirsə, cari ödəmələrini 75 faiz güzəşt nəzərə alınmaqla verəcək. Mənfəət vergisi üzrə bəyannamə təqdim etdiyi zaman onun mikro sahibkarlıq subyekti olmadığı müəyyənləşərsə, kiçik sahibkarlıq üzrə vergi ödəyicisi hesab olunacaq».

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər