6 C
Baku
Sunday, December 15, 2024

Vəkillər Kollegiyası Rəyasət Heyətinə yeni üzvləri seçilib – SİYAHI

Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinə yeni üzvləri məlum olub.

Bu barədə dekabrın 6-da Bakıda keçirilən Azərbaycan VK üzvlərinin növbəti konfransında elan edilib.

Belə ki, Ramiz İbrahimov, İlhamə Həsənova, Dilarə Əfrasiyabova, Adil Kərimli, Sevinc Alızadə, Fariz Məmmədov, Lalə Nağıyeva, Muxtar Mustafayev, Elçin Usub, Azər Quliyev, Vüqar Babayev Kollegiyanın Rəyasət Heyətinin yeni üzvləri seçilib.

Bundan başqa, Cavid Aliyev Vəkillərin İntizam Komissiyasının sədri, Elxan Quliyev onun müavini, İsmayıl Kəngərli, Elşən Səfərov, Ələsgər Hüseynli, Bəhrəmiyyə İlqar, Esmira Hüseynova, Əlirza Əbilov, Vasif Həsənov, Fazil Əhmədov, Abbas Kərimbəyli, Xəyal Bəşirov, Gülşən Salmanova, Paşa Səfərov, Elvin Səlimov, Elvin Əliyev, Ruslan Vəliyev isə Komissiyasının üzvləri seçilib.

Qeyd edək ki, konfransda Anar Bağırov növbəti dəfə VK Rəyasət Heyətinin sədri, Aydın Axundov, Pərviz Ələkbərov və Şahmar Məmmədov isə onun yeni sədr müavinləri seçilib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər