25 C
Baku
Saturday, April 27, 2024

Vətəndaş mənzilində qeydiyyatda olan şəxsi qeydiyyatdan necə çıxara bilər?

Bəzi hallarda vətəndaşlar onlara məxsus yaşayış evində qeydiyyatda olan digər şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı problem yaşayırlar. Bir çoxları qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxmasını tələb etsə də, qarşı tərəf bu tələbə məhəl qoymur. Bəs, qanunla bu məsələ necə həllini tapmalıdır?

Vəkil Araz Nurməmmədov mənzildən qeydiyyatdan çıxarılma ilə bağlı suallara aydınlıq gətirib.

Onun sözlərinə görə, mənzildən qeydiyyatdan çıxarılma yaşayış hüququnun itirilməsi və istifadə hüququnun olmaması nəticəsində baş verə bilər.

“Mənzildə yaşayış hüququnun itirilməsi mülki qaydada, mülki mübahisə icraatında həll olunan məsələdir. Məsələn, ola bilər ki, şəxs həmin evdə yaşayır, lakin müəyən müddətdən sonra evi tərk edir. Qanunda nəzərdə tutulur ki, şəxs evi tərk etdiyi andan 6 ay müddət keçdikdən sonra həmin yaşayış səhəsində istifadə hüququnu itirir. Təbii ki, istifadə hüququnun itirilməsi də qeydiyyatdan çıxarılma ilə nəticələnən haldır. Yəni, mənzil sahibi məhkəməyə müraciət etsə və qeydiyyatdan çıxarmaq istədiyi şəxsin həmin evlə artıq heç bir əlaqəsi olmadığını sübut etsə, bu iddia təmin olunur. Lakin əgər məhkəmədə şəxsin həmin evlə mütəmadi əlaqəsinin olduğu, bu evə gəlib-getdiyi sübut olunarsa, o, qeydiyyatdan çıxarılmır”, – deyə vəkil bildirib.

A.Nurməmmədov istifadə hüququnun olmaması ilə bağlı qeydiyyatdan çıxarılma qaydasını da izah edib: “Bəzən olur ki, şəxs mənzildə qeydiyyatda olsa da, həmin evlə heç bir əlaqəsi olmur. Praktikada belə hallar mümkündür. Bu halda şəxsin qeydiyyatdan çıxarılması ilə bağlı ilk növbədə aidiyyəti rayon polis idarəsinə müraciət edilməlidir. Bu zaman polis idarələri qanununvericiliyə əsasən, həmin şəxsin orada yaşamaması barədə qeyd aparmaqla şəxsə müvafiq məktub yollayırlar. Mənzil sahibi həmin məktubu sübut kimi təqdim etməklə məhkəmədə iddia qaldıra bilər. Bu iddiaya inzibati qaydada baxılır və işə baxılması ilə bağlı müddət nəzərdə tutulmur. Əgər məhkəmədə iddiaçı sübut edə bilsə ki, qarşı tərəf, doğrudan da, həmin mənzildə yaşamır və onun qeydiyyatı formal xarakter daşıyır, bu halda onun iddiası təmin olunur. Bu məsələ Konstitusiya Məhkəməsinin Plenum qərarında da öz təsdiqini tapıb. Qərardan da görünür ki, şəxsin mənzildə qeydiyyatda olması, heç də onun həmin mənzildən istifadə hüququnun olması demək deyil”.

Mənbəe-hüquq
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər