14 C
Baku
Monday, May 6, 2024

Vətəndaş torpaq verilməməsinə görə bələdiyyədən hansı qaydada şikayət edə bilər?

Vətəndaş müraciətindən sonra bələdiyyə tərəfindən torpaq sahəsinin verilməsindən imtina olunarsa və ya korrupsiya faktı ilə qarşılaşarsa, hansı qaydada şikayət edilə bilər?

Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, torpaq sahəsinin verilməsindən imtina edilməsi barədə bələdiyyənin qərarından bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana (Ədliyyə Nazirliyində Bələdiyyələrlə İş Mərkəzi) və ya məhkəməyə, korrupsiya faktı ilə qarşılaşdıqda Baş Prokurorluğun 961 nömrəli “Çağrı Mərkəzi” və Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161-Qaynar xətt” əlaqə mərkəzinə zəng etməklə və ya birbaşa şikayət verilə bilər.

Ərizələrə baxılmasının müəyyənləşdirilmiş müddətlərinin gecikdirilməsi torpaq sahəsinin verilməsindən imtina edilməsi kimi qiymətləndirilir.

Məhkəmə işə baxarkən torpaq sahəsinin verilməsindən imtinanın qanuni və ya qanunsuz olduğu barədə qərar qəbul edir. Sonuncu halda məhkəmənin qərarı torpaq sahəsi üzərində hüquqların rəsmiləşdirilməsi üçün əsasdır və qanunvericiliklə müəyyən edilmiş qaydada yerinə yetirilməlidir.

MənbəAZƏRTAC
Son xəbərlər
 ⁠
Digər xəbərlər