Son günlərdə VN belə bir mövqeyi gedib. Mahiyyəti belədir ki, vergi borcu olan şəxs o dünyaya gedəndə onun borcları bu dünyada qalır və borc vərəsə tərəfindən miras qalmış əmlak həddində ödənilir.
Yazıda bu qeyd edilmişdi:
“Vəfat etmiş şəxsin varisi olduqda və onun əmlakı varisə keçdikdə vəfat etmiş şəxsin vergiləri üzrə borcları vərəsəlik əmlakının dəyəri hədlərində ödənilir. Bu halda vəfat etmiş şəxslərin vergi borcları vərəsəlik əmlakının qəbul edildiyi tarixdəki dəyərinə uyğun olaraq onun əmlakını vərəsəlik qaydasında qəbul etmiş şəxslərdən yazılı qaydada tələb edilməlidir. Vərəsəlik əmlakını qəbul etmiş şəxs vəfat etmiş şəxsin vergi öhdəliklərini yerinə yetirməkdən imtina etdikdə vergi qanunvericiliyi ilə müəyyən edilmiş qaydada əmlakın siyahıya alınması həyata keçirilir və məhkəməyə müraciət edilir.”.
Bununla bağlı iqtisadçı-ekspert Rəşad Əliyev bildirir ki, Vergi Məcəlləsində 77.4.3. əsasən “vergi ödəyicisi vəfat etmiş və ya Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə müəyyən edilmiş qaydada ölmüş hesab edildikdə vergi öhdəliyinə xitam verilir. Həmin hissədə davam gəlir “Vəfat etmiş və ya ölmüş hesab edilmiş şəxsin əmlak vergiləri üzrə borcları vərəsəlik əmlakının dəyəri hədlərində ödənilir;”. Yəni “ƏMLAK VERGİLƏRİ” sözü diqqəti çəkir … Bu “əmlak” sözünün orda olması və bunun yozulması uzun prosesdir. Burda daha çox söhbətin addan ada keçən əmlak üzrə vergi öhdəliyindən getməsinə bənzəyir… digər yox”