13 C
Baku
Sunday, November 24, 2024

Vətəndaşlar Əmək Müfəttişliyindən niyə narazıdırlar? (sorğu)

Əmək müqaviləsi ilə işləyən hər şəxs, Əmək Müfəttişliyinə müraciət edib öz hüquqlarını qorunması üçün kömək istəyə bilər. Bəs görəsən vətəndaşların narazılığı nədəndir? Bununla bağlı sorğu apardım. Aşağıda insanlar öz mövqeyini bildirərək, niyə görə narazı olduqlarını qeyd ediblər:

Rəhim Əliyev: Neçə il işlədiyim tikinti şirkətində, bir dəfə də olsun Əmək Müfəttişliyi monitorinq keçirməyib. Halbu ki keçirsə idi, indi öz şikayətimi edərdim və orqan da çatışmazlığı görərdi və bunun üçün müəyyən addımlar atardı.

Gülnarə Rzayeva: Telefona cavab vermirlər.

Elşən Nəbiyev: Özəl sektorda işçi qanunla 16 saat işləməməlidir. İstənilən marketə Əmək Müfəttişliyi girsin bu vəziyyəti görəcək. Amma bunu etmir. Onun fəaliyyəti də burada görünür.

Samir Fərəcov: Dəfələrlə müraciət etmişəm. Gəlirlər müdirlə söhbət edib, gedirlər. Mənim şikayətim isə kağız üstündə qalır.

Vasif Ağayev: Şikayət edirsən deyillər get məhkəməyə müraciət et. Məhkəməyə müraciət edəcəmsə, bu orqan nəyə lazımdı?

Rasim Babayev: Mən bu orqana şikayət etmirəm. Bilirəm ki, faydası yoxdur.

Saleh Əhmədov: Orqan kimi, üzərinə qoyulan işi görə bilmir.

İqtisadçı-ekspert Rauf Qarayev





Son xəbərlər
Digər xəbərlər