9 C
Baku
Friday, December 27, 2024

Vətəndaşlar nağd dolları banklara qaytarır – Temp sürətlənir

Azərbaycan bankların əhaliyə satdıqları dolların həcmi, aldıqlarını üstələsə də, öncəki ildəki kəskin fərqi azaldıblar. 2021-ci ilin rüblərini müqayisə etdikədə məlum olur ki, əhalinin əllərindəki dolları banka mübadilə üçün yönəlir.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının statistik göstəricilərində deyilir.

2021-ci ilin ilk 9 ayında banklar əhaliyə 1 milyard 197.94 milyon ABŞ dolları satıblar. Bu öncəki ildə 57% azalma deməkdir. Banklar əhalidən  1 milyard 052.52 milyon ABŞ dolları almışlar. Bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 22%-ə qədər artım deməkdir.

Bankların rüblük dollar mübadilə əməliyyatları statistikasına nəzər yetridikdə isə, artıq ilin birinci rübündən sonra, banklar dollar alışını artırır, satışını isə azaldır. Hətta, son illərin nadir hadisəsi: əhalinin banka satdığı dolların həcmi, bankların əhaliyə satdığı rəqəmi üstələyir.

Birinci rübdə banklar əhalidən 330.7 milyon dollar almış, 626.3 milyon dollar satmışdır, ikinci rübdə 358.1 milyon dollar almış, 286.8 milyon dollar satmış və üçüncü rübdə isə 363.7 milyon dollar almış və 284.9 milyon dollar satmışdır. Beləliklə, əhalinin ilk rübdən sonrakı dövrlərdə dollarının böyük hissəsini banka satmalı olur.

23123

Qeyd edək ki, manatın məzənnəsi üçün ARDNF-in Mərkəzi Bankda təşkil etdiyi hərraclarda cari ilin ilk 9 ayındakı dollar satışları 4 mlrd. 308.22 mln. dollar olmuşdur. Bu da o deməkdir ki, öncəki illə müqayisədə bankların dollar tələbi də mühüm (23%) düşüb.

32312 e1635249498331

Son xəbərlər
Digər xəbərlər