10 C
Baku
Thursday, December 12, 2024

Vətəndaşlara əskik və artıq ödənilmiş pensiyalar bu qaydada əvəzləşdiriləcək

Vətəndaşa keçmiş dövr üzrə əskik və artıq pensiya ödənildiyi aşkar olunduqda həmin məbləğlərin əvəzləşdirilməsi barədə norma əlavə olunur.

Bu, Nazirlər Kabinetinin müvafiq qərarında əksini tapıb.

 

Qərara əsasən,

-Əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, əmək pensiyaçısının müraciəti, yaxud Fondun fəaliyyət istiqamətlərinə uyğun olaraq apardığı yoxlamalar nəticəsində əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı aşkar edildikdə; məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında;

-Qanunun 9.6-cı maddəsində nəzərdə tutulmuş şəxslər(hərbi xidmətə yenidən qəbul edildiyi tarixdən ən azı 72 ay xidmət etmiş şəxslər;

məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə hərbi xidmətə bərpa edilmiş şəxslər;

hərbi xidmət vəzifələrini yerinə yetirərkən həlak olmuş şəxslər;
ali zabit heyətinə aid şəxslər)

hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin olunduqdan sonra yenidən hərbi xidmətə qəbul edildikdə;

-Ailə başçısını itirməyə görə əmək pensiyası alanlar;

-Qanunun 9.5-ci maddəsində nəzərdə tutulmuş şəxslərə (hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular;

hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər;

hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər;

hərbi xidmət müddəti 15 il və daha çox olmaqla Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular) əmək pensiyası təyin edilərkən onların sonuncu xidmət (qulluq) keçdikləri dövlət orqanı tərəfindən təqdim edilmiş məlumat vərəqəsində qeyd olunanlardan fərqli məlumat (məlumatlar) əks olunan yenilənmiş məlumat vərəqəsi Fondun aidiyyəti struktur bölməsinə təqdim olunduqda keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi və Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləğinin əmək pensiyaçısından son üç il üçün tutulması nəzərə alınmaqla əvəzləşdiriləcək.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər