Son günlər sosial şəbəkələrdə “mygov” platformasının adından “2026-cı il üzrə 1500 manat məbləğində ünvanlı dövlət sosial yardımının verilməsi” ilə bağlı elanlar yayılıb.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən həmin məlumatların saxta olduğu və həqiqəti əks etdirmədiyi bildirilib.
“Sözügedən paylaşımların “mygov” platforması ilə heç bir əlaqəsi yoxdur. Qeyd olunan paylaşımlar dələduzluq məqsədi daşıyır, vətəndaşları çaşdırmağa, onları saxta keçidlər vasitəsilə fərdi məlumatlarını paylaşmağa təşviq edir.
Vətəndaşları ayıq-sayıq olmağa, saxta məlumatlara, şübhəli paylaşımlara və naməlum linklərə aldanmamağa, etibarlı məlumatlar üçün yalnız “mygov”un rəsmi kanallarını izləməyə çağırırıq”, – məlumatda vurğulanıb.







