1 C
Baku
Saturday, December 14, 2024

Vətəndaşlara pul olan bankomatlar barədə SMS göndəriləcək

Azərbaycanın bank sektorunda bankomatlarla bağlı maraqlı yenilik tətbiq olunub.

Söhbət vətəndaşlara pul olan bankomatlar barədə SMS göndərilməsindən gedir.

Belə ki, müştərinin nağdlaşdırma əməliyyatı etmək istədiyi bankomatda pul olmadıqda ona həmin bankda məxsus, yaxınlıqda yerləşən və içində pul olan 3 ATM-in ünvanları barədə SMS gələcək. Amma bunun üçün müştəri “SMS Xəbərdarlıq” xidmətinə qoşulmalıdır.

Yeni xidmət ölkənin kommersiya banklarından birinin (Rabitəbank) müştəriləri üçün artıq keçərlidir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər