10 C
Baku
Thursday, December 12, 2024

Vətəndaşlara pulsuz mobil internet təklif edilir – XƏBƏRDARLIQ

Kiberdələduzlar tərəfindən “ASAN ödəniş” sistemi adından “asanodeme.org” adlı saxta veb-səhifə yaradılaraq vətəndaşlara pulsuz mobil internet və danışıq dəqiqələri qazanmaları təklif edilir.

Banker.az xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidmətinin məlumatında bildirilib.

Qeyd olunub ki, vətəndaşlardan vəd olunan bonusları qazanmaları üçün saxta veb-səhifə vasitəsilə bank və digər fərdi məlumatlarını daxil etmələri tələb olunur.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə vədlərə etimad etməməyi, hər hansı qurumun həyata keçirdiyi kampaniyalarla bağlı məlumatlarla qarşılaşdıqda, ilk növbədə, həmin qurumla əlaqə saxlamağı və yaxud qurumun rəsmi veb-saytına daxil olaraq məlumatı dəqiqləşdirməyi tövsiyə edir.

Son xəbərlər
Digər xəbərlər