10 C
Baku
Sunday, May 19, 2024

Vətəndaşların bank hesablarından oğurluq edildi

Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə iyunun 10-da Saatlı rayon sakini M.Babayevanın bank hesabından 390 manatının oğurlanması barədə müraciət daxil olub.

Bu barədə Daxili İşlər Nazirliyindən (DİN)  verilən məlumatda bildirilib.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Səmədov müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.

Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə analoji halla bağlı iyunun 22-də də müraciət daxil olub. Belə ki, Bakı şəhər sakini A.Cumayevin bank hesabından 800 manatının oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş V.Hüseynov müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər