23 C
Baku
Saturday, April 27, 2024

Vətəndaşların ipoteka kreditlərinə elektron müraciət imkanı yaradılacaq

Azərbaycan ipoteka kreditləri üçün elektron müraciət imkanı yaradır

Azərbaycanda ipoteka kreditləşməsi prosesinin sadələşdirilməsi məqsədilə “Elektron ipoteka” sisteminin imkanlarından istifadə ediləcək. Vətəndaşların ipoteka kreditlərinə elektron müraciət imkanı yaradılacaq. Bu barədə Azərbaycan Mərkəzi Bankının 2015-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında bildirilir.

Bəyanatda deyilir ki, ipoteka kreditləşdirilməsi sisteminin inkişafı istiqamətində fəaliyyət 2015-ci ildə də davam etdiriləcək.

“Bu istiqamətdə öyrənilmiş dünya təcrübələri əsasında hökumətlə birlikdə yeni təşəbbüslərin həyata keçirilməsi imkanlarına baxılacaq. Sosial ipotekanın əhatəsinin genişləndirilməsi də mühüm prioritetdir. Adi ipoteka kreditləşməsinin genişləndirilməsi üçün əlavə bazar mənbələrinin cəlbi, yeni ipoteka məhsullarının yaradılması, ipoteka kreditləri üzrə zəmanət mexanizminin formalaşdırılması istiqamətində tədbirlər görüləcək”, – deyə sənəddə bildirilir.

Qeyd edək ki, cari ildə müvəkkil banklar, sığorta şirkətləri, qiymətləndiricilər və İpoteka Fondu arasında “Elektron ipoteka”nın tətbiqinə başlanılıb. 2014-cü ilin ötən dövründə 92 mln. manat məbləğində ipoteka krediti verilib. Nəticədə, İpoteka Fondunun kredit portfeli 628 mln. manata çatıb, ipoteka krediti alanların sayı isə 15 700-ü keçib. İpoteka kreditlərinin ümumi həcmi 25% artaraq 1 mlrd. manatı (qeyri-neft ÜDM-in 3%-i) üstələyib.

Xəzərxəbər

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər