8 C
Baku
Thursday, December 12, 2024

Vətəndaşlıq vəziyyəti aktlarındakı məlumatlar elektron qaydada təqdim olunacaq

Azərbaycanda vətəndaşlıq vəziyyəti aktlarındakı məlumatlar elektron qaydada təqdim olunacaq.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan Ailə Məcəlləsinə dəyişiklik layihəsində əksini tapıb.

Dəyişikliyə əsasən, ərizə verən şəxslərə vətəndaşlıq vəziyyəti aktının qeydə alınması haqqında müvafiq şəhadətnamə verilir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması haqqında şəhadətnamələrdə göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) biləcək. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması haqqında müvafiq şəhadətnamədə göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi həmin şəhadətnamənin təqdim edilməsinə bərabər tutulacaq.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

Son xəbərlər
Digər xəbərlər