15 C
Baku
Sunday, November 24, 2024

Vətənimi sataram. Ölkələr öz ərazilərini necə satırlar və Qrenlandiyanın aqibəti nə olacaq

ABŞ prezidenti Donald Tramp, Qrenlandiyanı almaq üçün Danimarkaya 600 milyon dollar təklif edib. Bu xəbər mediada səs-küy yaratmışdır. Xatırladaq ki, əvvəl də bu cür sövdələşmələr olub. Onların hər birinə qısa nəzər salaq.

Rusiyanın Alyaskanı ABŞ-a satması

Müqavilənin tarixi: 1867-ci il 18 oktyabr

Niyə satdı: Krım müharibəsinin nəticəsində Rusiya imperiyasının xəzinəsinin boşalması və rus müstəmləkələri üzərində ingilis hərbi təhlükəsinin olması, Rusiyanı Alyaskanı ABŞ-a satmağa sövq edən əsas səbəblərdən biridir. Bundan əlavə, Alyaskanın uzaqlığı yerli sakinlərin düşmənçiliyi və imperatorun ABŞ ilə dostluq etmək istəyi, müqaviləyə olan marağı daha da gücləndirdi.

Hüquqi baxımından Alyaska Rusiya İmperiyasına yox, Rus-Amerikan şirkətinə məxsus idi (RAC). Onun sahibi imperatorun özü, ailəsi və aristokratiya elitasının digər nümayəndələri olmuşdur.

RAC 1799-cu ildə Britaniyanın East India Company şirkətinin analoqu kimi yaradılmışdır. Səyyahlar yeni bölgələri kəşf edirdilər, RAC isə orada həmin ərazidə bitən/qaçan/üzən hər bir şeyi alıb-satırdı.

İlk bir neçə onillikdə təşkilatın maliyyə göstəriciləri yüksək səviyyədə olsa da, sonra işlər pisləşdi. Səbəb: savadsız idarəetmə. Kəşfiyyatçıların yerinə təcrübəsiz nəzəriyyəçilər gəldi.

RAC subsidiyalara ehtiyac duymağa başladı. 1866-cı ildə  II Aleksandr şirkətə borcu bağışlayır və hətta illik subsidiya təyin edir. Alyaska Rusiya imperiyasının ağır yükünə çevrildi.

Müqavilənin gedişatı: Rusiya imperiyası Alyaskanı 7,2 milyon dollara satdı. Bu məbləğdən 165 min dollar hüquqşünaslara və senatorlara xərcləndi. Üstəlik, mürəkkəb konvertasiya səbəbindən ölkə daha 1 milyon dollar itirdi.

Müasir pula çevirəndə müqavilənin dəyəri: 36,8 milyard rubl (541 milyon dollar).

(Bunu necə hesabladıq? 1792-ci ildən ABŞ qızıla bağlı olduğundan, 1,6 q qızıla bərabər idi. Biz müqavilənin dəyərini qızıla çevirdik və sonra aldığımız məbləği bugünkü məzənnə üzrə hesabladıq. Əlbəttə ki, bu rəqəm şərti xarakter daşıyır).

dasiyuir

Rusiya Fort-Ross ərazisini ABŞ-a satması

Tarix: 1841-ci il

Niyə satdı: Fort-Ross ərazisi Kaliforniyada, San-Fransiskodan 80 km məsafədə yerləşir. Bu ərazi RAC-ın aktivlərindən biri idi. Çox gözəl yer olsa da, Rusiya imperiyası üçün zərər verici idi.

Qitənin dərinliyindəki RAC tədqiqat ekspedisiyaları problemli və bahalı idi. Uzaqlıq və mürəkkəb logistika vəziyyəti daha da ağırlaşdırdı. Əlverişsiz hava şəraiti ilə əlaqədar kənd təsərrüfatı işləri dayandırıldı.

Rusiya ərazini satmaq qərarına gəldi.

Alıcı tez tapıldı – amerikan biznesmen Johann Sutter.

Müqavilənin gedişatı: Sutter sahəsi 20 min hektar olan ərazini 42 857 rubla (641,6 dollar) satın aldı. Qeyd edək ki, biznesmen bu məbləği nağd pul ilə yox, bir neçə il ərzində Alyaskanı taxıl ilə təmin edərək ödəyib.

Müasir pula çevirəndə müqavilənin dəyəri: 65 milyon rubl (977 min dollar). Və əgər 78 il bundan əvvəl Johann Sutter bu pula Kaliforniyadakı fortu aldısa, bu gün bu məbləğ sahəsi 140 kvadrat metr olan mənzilə belə çatmazdı.

catmazFransanın Luiziananı ABŞ-a satması

Tarix: 1803-cü il 30 aprel

Niyə satdı: Luiziana 18-ci əsrin sonlarında İspaniyanın nəzarəti altına idi. 1795-ci ildə ispanlar Ştatlara Missisipidən keçib Yeni Orlean vasitəsilə ticarət aparmağa icazə versələr də, 1798-ci ildə müqavilə xitam edildi. Bu ABŞ iqtisadiyyatına ağır zərbə oldu. Beş il sonra İspaniya Luizianaya nəzarəti Fransaya həvalə etdi. ABŞ hökuməti fransızlardan ərazini satın almaq istəsə də, rədd cavabını aldı.

Lakin qulların qaldırdığı üsyanlardan və fransız hərbiçilərin ekzotik xəstəliklərdən sonra Napoleon fikrini dəyişdi. O başa düşdü ki, Luiziana istənilən anda işğal edilə bilər. Beləliklə, ABŞ Luiziana ərazisinin 23%-nə sahib olmuş oldu (o vaxt Luiziana müasir ştatlardan daha böyük idi).

Müqavilənin gedişatı: ABŞ hökuməti Luiziananı 10 milyon dollara almağı planlaşdırsa da, fransızlar onu 15 milyon dollara qiymətləndirdilər. Nəticədə, Ştatlar razılaşaraq bu məbləği istiqrazlarla ödədilər.

Müasir pula çevirəndə müqavilənin dəyəri: təxminən 76,8 milyard rubl. (1,15 milyard dollar).

muasir

 

Danimarkanın Virciniya adalarını ABŞ-a satması

Tarix: 1917-ci il 17 yanvar

Niyə satdı: 1966-cı ildə Danimarka Sent-Tomas, 1733-cü ildə isə Santa-Krus adasına sahib oldu. Bu adalar quldurlar, rom və qul ticarəti ilə məşğul idilər.

Tədricən vəziyyət gərginləşdi və 1848-ci ildə qulların kütləvi üsyanı baş tutdu. Yerli general-qubernator bütün qulları “azadlığa” buraxmağı vəd etsə də, onların 4/5 hissəsi pis şəraitdə işləməyə davam etdi. Effektivlik aşağı düşür, neqativ isə artırdı və Danimarka regionu satmaq qərarına gəldi.

Müqavilənin gedişatı: ABŞ adaları 25 milyon dollara aldı – Danimarkanın illik büdcəsinin yarısı.

Müasir pula çevirəndə müqavilənin dəyəri: 37 milyard rubl (554 milyon dollar)

rbl

Hindilərin Manhetten rayonunu hollandlara satması

Tarix: 1626-cı il 4 may

Niyə satdılar: hindilər bu əraziyə dəyər verməsələr də, kəşfiyyatçılar amerikan torpaqlarını ələ keçirməyə can atırdılar.  

Müqavilənin gedişatı: qayıq ilə üzən hindiləri görüb onlara muncuqlar, bıçaqlar, isti yorğanlar, rom və digər xırda-xuruş əşyalar almağı təklif etdilər. Hindilər bütün bunları götürüb “indi ada sizindir” deyib getdilər.

Hollandlar əmin idilər ki, onların bəxti gətirdi.

Müasir pula çevirəndə müqavilənin dəyəri: 24 milyon dollar.

pulQrenlandiyanın aqibəti

Xatırladaq ki, Donald Tramp dəfələrlə Qrenlandiyaya maraq göstərib. Onun sözlərinə görə, Danimarka Qrenlandiyaya görə ildə 7 milyon dollar itirir. Danimarkanın siyasətçiləri prezidentin bəyanatına kinayə və tənqid ilə yanaşdılar.

Bu müqavilə necə baş tuta bilər?

Variant 1: konservativ

ABŞ adətən nağd pul ilə yox, dövlət istiqrazları ilə ödəniş edir. Bu gün istiqrazların gəlirliliyi təxminən 1,6% təşkil edir. Belə bir ödəmə formasının Danimarka üçün faydalı olub-olmaması sual doğurur.

Variant 2: xətti

Tramp öz sərvətini rieltor biznesi üzərində toplayıb. Çox güman ki, Tramp Qrenlandiyanı ya icarəyə götürəcək, ya da fiziki şəxs kimi satın alacaq.

Variant 3: çiyindən

Çox vaxt “dostluq münasibəti” çərçivəsində Amerika müəyyən regiona böyük investisiya qoyur və tədricən “asan pul” dan asılılığını gücləndirir.

Bu, dolayı yol ilə icarə deməkdir. Təəccüblüdür ki, bu haqda az danışılır.

Əslində, 600 milyonluq icarə haqqı çox böyük məbləğ deyil – ABŞ hərbi büdcəsinin 10%-ni təşkil edir.

 

 

 

 

Son xəbərlər
Digər xəbərlər