“Dövlət qulluqçularının aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 13 mart tarixli sərəncamında dəyişiklik edilməsi barədə Prezident sərəncam imzalayıb.
Banker.az xəbər verir ki, bunu Prezident İlham Əliyev bu gün, yəni, 9 mart tarixində imzalayıb.
Yeni sərəncama görə, “Dövlət qulluqçularının aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 13 mart tarixli 3787 nömrəli Sərəncamında aşağıdakı dəyişikliklər edilir:
Fərmanın 1-ci hissədə “165” rəqəmləri “200” rəqəmləri ilə əvəz edilib;
Fəmin Sərəncamla təsdiq edilmiş 2 nömrəli Əlavənin 2.4.1.1–2.4.1.4-cü yarımbəndlərində “185”, “175”, “170” və “165” rəqəmləri müvafiq olaraq “215”, “210”, “205” və “200” rəqəmləri ilə əvəz edilsin.
Qeyd edək ki, bu Sərəncam 2019-cu il martın 1-dən tətbiq edilir. Yeni sərəncama görə vəzifə maaşları 25% civarında artmış olacaq.