11 C
Baku
Tuesday, April 15, 2025

Vəzifədən azad edilən generalın yerinə yeni təyinat

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisinin birinci müavini – Qərargah rəisi vəzifəsinə yeni təyinat olub.

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq Əmri ilə  Mülki müdafiə qoşunlarının “N” saylı hərbi hissəsinin alay komandiri polkovnik Xaliq Hüseynov sözügedən vəzifəyə təyin edilib.

Qeyd edək ki, Xüsusi Riskli Xilasetmə Xidməti rəisinin birinci müavini – Qərargah rəisi general-mayor Raul Zeynalov bir müddət bundan əvvəl vəzifəsindən azad edilib.

MənbəManset.az
Son xəbərlər
Digər xəbərlər