3 C
Baku
Saturday, December 14, 2024

Vəzifədən sui-istifadə ilə bağlı Hesablama Palatasına müraciətlərin sayı 5% artıb

Hesablama Palatası tərəfindən 2017-ci ildə aparılmış audit tədbirləri ilə ümumilikdə 10 mlrd. 992,9 mln. manat vəsait əhatə olunub ki, bunun 22,9%-i dövlət büdcəsinin xərcləri, 4,4%-i büdcədənkənar fondların vəsaitləri, 0,09%-i Naxçıvan Muxtar Respublikasının büdcəsinin xərcləri, 14,4%-i beynəlxalq və yerli maliyyə təşkilatlarından dövlət zəmanəti ilə cəlb edilmiş kreditlər, 58,2%-i isə digər mənbələrdən ayrılan vəsaitlərdir.

“APA-Economics”in məlumatına görə, bu barədə “Hesablama Palatasının 2017-ci ildə fəaliyyəti haqqında” adlı hesabatda qeyd olunub.

Sənəddə qeyd olunub ki, hesabat ilində aparılmış auditlərlə yanaşı müxtəlif sahələri və ayrılmış maliyyə vəsaitlərini əhatə etməklə bir çox təhlillər də aparılıb, təhlillər nəzərə alınmaqla nəzarət tədbirləri ilə əhatə olunmuş vəsaitin məbləği 2016-cı ilin müvafiq göstəricisi ilə müqayisədə 2017-ci ildə 2 dəfə çox olub.

Hesabatda vətəndaşlar tərəfindən Palataya daxil olmuş müraciətlər barədə də məlumat verilib. Belə ki, sənəddə 2017-ci ildə Palataya poçt, elektron poçt, teleqram və faks vasitəsi ilə 288 vətəndaş müraciəti – 47 ərizə, 82 şikayət, 159 təklif daxil olduğu, bunun ötən dövrlə müqayisədə 14,3% az olduğu göstərilir.

Vəzifədən sui-istifadə ilə bağlı müraciətlərin sayı (151) 2016-cı illə müqayisədə 4,9% artıb. Sosial məsələlər ilə bağlı 62 ( 2016-cı il illə müqayisədə 10,7% çox), işlə təmin edilmə ilə bağlı 19, digər məsələlərlə bağlı 56 müraciətə baxılıb, vətəndaşların çalışdıqları və ya vaxtilə çalışdıqları idarə və müəssisələrdə hüquqlarının pozulması, vətəndaşların təqaüdlərinin və əmək haqlarının düzgün hesablanılmaması və sosial müavinətlərin verilməsi üçün köməklik göstərilməsi ilə bağlı olan müraciətlər müvafiq qaydada araşdırılması üçün aidiyyəti qurumlara göndərilib. Audit tədbirlərinin keçirilməsi ilə bağlı daxil olmuş müraciətlərə cavab olaraq vətəndaşlara Hesablama Palatasının İş planından əlavə maliyyə-büdcə ekspertizasının aparılması mümkünsüzlüyü və irəli sürülən təkliflərin Hesablama Palatasının növbəti illər üzrə İş planlarında nəzərə alınacağı barədə məlumat verilib.

Həmçinin, daxil olan 54 müraciət üzrə vətəndaşlara müvafiq izahat verilmiş, 205 müraciətdə qeyd edilən məsələlər Hesablama Palatasının fəaliyyətinə aid olmadığı üçün aidiyyəti təşkilatlara göndərilib və bu barədə müraciət edənlərə yazılı məlumat verilib, 6 müraciət müvafiq qaydada həll edilib, 23 müraciət isə anonim və məlumat xarakterli olduğu üçün baxılmamış saxlanılıb. Hesabat dövrü ərzində vətəndaşlar tərəfindən Hesablama Palatasına daxil olan müraciətdən 83-ü eyni məzmunlu təkrar müraciətlərdir.

Son xəbərlər
Digər xəbərlər