10 C
Baku
Thursday, December 12, 2024

Vəzifəsindən azad edilən nazir müavini NK-də aparat rəhbəri oldu

Xələf Xələfov Nazirlər Kabineti (NK) Aparatının rəhbəri vəzifəsinə təyin edilib.

Banker.az-ın məlumatına görə, Baş nazir Novruz Məmmədov bununla bağlı sərəncam imzalayıb. Sərəncam imzalandığı gündən qüvvəyə minir.

1997-ci ildən xarici işlər nazirinin müavini vəzifəsini tutan Xələfov dünən yayılan məlumata görə artıq Prezidentin sərəncamı ilə Nazirlikdəki [XİN] vəzifəsindən çıxarılıb.

O, həmçinin Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupda Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi idi.

Son xəbərlər
Digər xəbərlər