28 C
Baku
Tuesday, April 30, 2024

Vacib maliyyə məsləhətləri

Bir sıra empirik qaydalar mövcuddur ki, bu qaydalar qərar qəbul etmək üçün əla sxem nümunəsi təqdim edirlər. Bu qaydalar içərisində pullarla bağlı məsələlərə aid olan çoxlu sayda nümunələr mövcuddur ki, onlar sayəsində də, maliyyə vəziyyətinizi qaydaya sala bilərsiniz. Beləliklə, bu qaydaların bir neçəsini təqdim edirik:

Şəxsi büdcə: 50/30/20 qaydası

Bu büdcənin təşkil edilməsi üçün ən populyar qaydadır. Bu qaydaya əsasən, büdcəmizin 50%-ni ən vacib olan, yəni mənzil, hesabların ödənməsi və s., 20%-ni maliyyə məqsədləri, borcların ödənməsi və yaxud qənaət üçün ayırmaq kimi planlara sərf edirik. Nəhayət, 30%-i isə cari arzularınız, məsələn, restoranda nahar və yaxud digər əyləncəlr üçün xərcləyirsiniz. Bu qaydanın digər növləri də mövcuddur. Məsələn, 80-20 prinsipi. Bu zaman büdcənizin 20%-ni maliyyə məqsədləriniz, 80%-ni isə digər bütün məsələlərə sərf edirsiniz. Bu maliyyə öhdəliklərinizi balanslaşdırmağa kömək edir. Əgər hər şeyin elə də baha olmadığı şəhərdə yaşayırsınızsa, büdcənizin 50%-ni mənzil və kommunal xərclər üçün ayırmaq həddindən artıq çoxdur.

Avtomobil almaq: 20/4/10 qaydası

Kreditlə avtomobil əldə edərkən ilk yatırımı 20% həcmində etmək, 4 ildən artıq kredit ödəməmək və ümumi gəlirinizin 10%-dən çoxunu nəqliyyat xərclərinə sərf etməmək lazımdır. Bu qayda sizi daha sonradan öhdəsindən gələ bilməyəcəyiniz avtomobili almaqdan çəkindirməyə kömək edir. Qeyd edək ki, yuxarıda deyilən nəqliyyat xərclərinə yalnızca kredit üzrə ödənişlər deyil, yanacaq və sığorta haqları da daxildir.

Mənzil almaq: 20% qaydası

Kreditlə mənzil alarkən, ilkin ödənişi heç deyilsə 20% həcmində etmək tələb olunur. Bu öhdəsindən gələ bilməyəcəyiniz evi almaq fikrindən daşınmağa kömək edir, aylıq ödənişləri azaldır və krediti ödəyə bilmək şanslarını artırır. Bundan əlav, mənzil əldə etmək üçün “3 il” qaydası da mövcuddur. Bu qaydaya görə, dəyəri 3 illik gəlirlərinizdən daha baha olan mənzili almayın. Digər versiyalarda hətta bu qayda 2 ilə bərabərdir.

Əmanət və yatırımlar: 6 ay qaydası

Daim kənarda hər hansı maliyyə çətinliyi ilə üzləşdikdə sizi 6 ay “qoruya” biləcək qədər əmanətlərə sahib olmalısınız. Bu gözlənilməz hal ilə əlaqədar tələsik qərarlar verməməyə kömək edəcək. Bu 6 ay ərzində maliyyə cəhətdən sığortalanmaq vəziyyətdən daha “sakit beyinlə” çıxış yolu axtarmağa kömək edəcək.

Son xəbərlər
 ⁠
Digər xəbərlər