9 C
Baku
Friday, December 13, 2024

Vağzalının kassasında hər bir məlumatın qiyməti 1 manatdır

Bakı Dəmiryol Vağzalının tranzit kassasında verilən hər bir məlumata görə 1 manat məbləğində xidmət haqqı tətbiq edilir.

Sərnişinlərin Report Agentliyinə verdiyi məlumata görə, həmin xidmət haqqı 1 aprel 2019-cu ildən tətbiq olunur.

Məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-dən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, Bakı sərnişin vağzalında yerləşən tranzit kassada Rusiyadan, Ukraynadan və Gürcüstandan Bakıya gələn sərnişin qatarlarına, eyni zamanda Rusiya Federasiyası daxilində hərəkət edən sərnişin qatarlarına bilet satışı həyata keçirilir:

“Həmin kassadan məlumat alan vətəndaşdan tələb olunan 1 manat bilet kassiri tərəfindən ona verilən geniş yazılı məlumata görə xidmət haqqıdır və bunun müqabilində vətəndaşa ödəniş qəbzi verilir. Əgər vətəndaş gün ərzində sorğu elədiyi bileti alarsa, ödəmə qəbzini təqdim etdiyi halda həmin 1 manat vətəndaşa qaytarılır”.

Qeyd edək ki, tranzit kassa Rusiya və Gürcüstan dəmir yolları ilə müqavilə əsasında vətəndaşlara bilet satışı üzrə xidmət göstərir.

Son xəbərlər
Digər xəbərlər