28 C
Baku
Sunday, June 26, 2022

Vahid Ələkbərov Britaniyanın sanksiyaları altına düşüb

Böyük Britaniya Rusiyadan olan 200-dən çox şirkət və fiziki şəxsi sanksiyalar siyahısına daxil edib.

Banker.az bu barədə RIA Novestiyə istinadən xəbər verir.

Məlumata görə, siyahıda həmçinin “Lukoil” şirkətinin rəhbəri Vahid Ələkbərov, “AFK Sistema” şirkətinin direktorlar şurasının sədri Vladimir Yevtuşenkov, eləcə də Ukraynanın “Müxalifət Platforması – Həyat uğrunda” partiyasının rəhbəri Viktor Medvedçuk yer alıb.

Qeyd edək ki, V.Ələkbərov müharibə başlayandan bu günə qədər 4 mlrd. dollar həcmində sərvəti azalıb və 17 mlrd. dollara düşüb.

Neft milyarderinə növbəti aylarda rastlaşa biləcəyi risklər isə iri neft idxalçılarının Rusiya neftinin alışında olan “könüllü embarqoları” ola bilər. Həmin ölkələr artıq may ayından etibarən Rusiya neftinin alışını azaldacaqlar. Hətta Rusiya ilə yaxşı münasibətləri olan Hindistanın böyük neft şirkəti şimal qonşumuzdan neft almaqdan imtina edib.

 

 

Son xəbərlər
Oxşar xəbərlər