Vahid Ələkbərov kimdir?

0

“Mənim üçün hər bir sikkə [kolleksiyada] – ilk növbədə bir hekayədir, onun əks etdirdiyi ölkənin tarixidir…Bizə yalnız bu sikkələr qalır. Təəssüf ki, qalan hər bir şey müvəqqətidir”.

Bioqrafiya və faktlar


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Vahid Ələkbərov – Rusiyanın neft maqnatıdır. Ona məxsus olan “Lukoyl” şirkəti, Rusiyanın digər şirkətləri ilə müqayisədə kapitallaşmaya görə ikinci yer tutur (2019-cu ilin mart ayının sonunda kapitallaşma 67,2 milyard dollar təşkil edib).

Ələkbərov Bakıda, neft ailəsində anadan olub. “Mən neft sahəsində böyümüşəm…Bizim uşaqlığımızda, neft çıxaran avadanlıqlar arasında yelləncək düzəltmişdik, 50-ci illərdə başqa bir əyləncə də yox idi”, – deyə milyarder müsahibəsinin birində qeyd edir. O, Azərbaycan Neft və Sənaye Universitetində təhsil alıb və “Kaspmorneft” istehsalat birliyində çalışıb. Cəmi beş il keçdikdən sonra, Vahid Ələkbərov neft sənayesi rəhbərinin müavini oldu və 1970-cu ildə Qərbi Sibirdə işə başladı.

Ələkbərov 1987-ci ildə “Kogalymneftegaz” şirkətinin baş direktoru vəzifəsinə təyin olunduqdan sonra öz biznesini qurmağa başladığını söyləyə bilərik. 1990-1992-ci illərdə SSRİ-nin neft-qaz sənayesi nazirinin müavini və birinci müavini, 1992-1993-cü illərdə isə onun rəhbərliyi altında “Langepasneftegaz”, “Urayneftegaz”, “Kogalymneftegaz” üç neft emalı müəssisəsi “LangepasUrayKogalymneft” konserninə birləşdi və beləliklə, Lukoyl şirkətinin əsası qoyuldu.

Ələkbərovun rəhbərlik etdiyi şirkətdən “Lukoyl” adında yalnız “K” hərifi qalıb, buna baxmayaraq 1993-cü ildə şirkətin özəlləşdirilməsindən sonra, Ələkbərov konsernin ən böyük səhmdarı və daimi prezident oldu. 2002-ci ildə Ələkbərov birbaşa və dolayı olaraq “Lukoyl” səhmlərinin 10,4% -nə sahib idi. O vaxtdan bəri, onun payı 2,5 dəfə artaraq 26% -ə çatmışdır. Biznesmen şirkətdən böyük divident alır (2018-ci il ərzində 680 milyon dollar).

Karyera. 1980-ci illərin sonunda “Kogalymneftegaz” İstehsalat Birliyinin baş direktoru vəzifəsində çalışıb; 1990-1991 – SSRİ neft və qaz sənayesi nazirinin müavini.= vəzifəsində, 1992-1993-cü illərdə isə “LangepasUrayKogalymneft” neft konsernini yaradıb. O vaxtdan bəri neft şirkətinin prezidentidir. Özəlləşdirmə prosesində şirkətin ən iri səhmdarına çevrildi.

Kapital: “Lukoyl” şirkətinin səhm paketi (26%)

Rəqəm: 2018-ci il ərzində “Lukoyl” dan 680 milyon dollar divident alıb.

Hadisə: “Lukoyl” özəlləşdirmə prosesi zamanı “Başneft” in 50.1% -ni əldə etməyi planlasa da, bu baş tutmayıb. 2016-cı ilin oktyabrında bu dövlət paketi “Rosneft” şirkətini satın aldı.

Sport: Olimpiada ərəfəsində Rusiyanın Soçi şəhərinin Krasnopolyansk su elektrik stansiyasında rekonstruksiya işlərini aparıb.

Detal: Ələkbərov əməkdaşlıq etdiyi Leonid Fedun ilə birgə Hollandiyanın “Heesen Yachts” a sahibdir. 2016-cı ildə orada 70 metrlik Galactica Super Nova yaxtası tikilmişdi. Bu yaxta Monaco Yacht Show-da “ən yaxşı yeni yaxta” və “ən yaxşı interyer dizayn” nominasiyası üzrə seçilib. Forbes-un qiymətləndirmələrinə görə yaxtanın qiyməti 105 milyon dollar təşkil edir.

Miras: 2013-cu ildə “Lukoyl” şirkətinin səhm paketini oğlu Yusifə miras qoydu. Ələkbərovun sözlərinə görə, paketin həcmi səhmlərin 30%-dan artıq olmayacaq.

Xeyriyyə: İctimai sahibkarlığın inkişafı ilə məşğul olan “Bizim gələcəyimiz” regional sosial proqramların təsisçisidir.

Kolleksiya. Qədimi sikkələri toplayır. Əsas istiqamət – Rusiyanın qızıl və platin sikkələridir. Ələkbərov tərəfindən acımış Beynəlxalq Numizmatika Klubunun Muzeyində təxminən 5 000 sikkə təmsil olunur. Ən bahalısı – 1844-cü ildə buraxılan platin sikkədir, 2013-cü ildə Maison Palombo hərracında, 380 min İsveçrə frankı qiymətinə əldə olunub. Forbes hesab edir ki, muzeyin saxlanılmasına və dolğunlaşdırılmasına hər il 2-2,5 milyon dollar vəsait sərf olunur.