15 C
Baku
Tuesday, April 23, 2024

Vahid Ələkbərov Rusiyanın üçüncü ən varlı biznesmenidir

“Forbes” jurnalı Rusiyanın ən zəngin iş adamlarının illik reytinqini tərtib edib.

Nəşrin məlumatına görə, bu il ən zəngin rusiyalı biznesmenlərin siyahısına “Sibura” və “Novateka” şirkətlərinə sahib olan Leonid Mixelson başçılıq edir. Onun varidatı 24 milyard dollara yaxındır.

İkinci yerdə 21,3 milyard dollar sərvətlə “NLMK” şirkətlər qrupunun direktorlar şurasının sədri Vladimir Lisin göstərilib. İlk üçlüyü “Lukoyl” şirkətinin əslən azərbaycanlı sahibi Vahid Ələkbərov tamamlayır. Onun sərvəti 20.7 milyard dollar civarında qiymətləndirilir.

Ümumilikdə jurnalın reytinqinə 100 dollar milyarderi və 100 multimilyonçusu daxil edilib. Onların ümumi sərvəti 496 milyard dollar təşkil edir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər