22 C
Baku
Thursday, April 18, 2024

Vahid Ələkbərovdan “LUKOIL”dakı payının satılması ilə bağlı açıqlama

Rusiyanın “LUKOIL” neft şirkətinin sahibi Vahid Ələkbərov, şirkətdəki payının satılması ilə bağlı şayiələri təkzib edib. Biznesmen qeyd edir ki, o son vaxtda heç kimdən belə bir təklif almayıb və ümumiyyətlə payını satmaq niyyətində deyil.

Banker.az xəbər verir ki, “Nə mən, nə də şirkətin digər menecerləri “LUKOIL”-dakı paylarını satmaq niyyətində deyilik. Mən şirkətimizin səhmlərini ən effektiv investisiya hesab edirəm”, – sahibkar bildirir.

Xatırladaq ki, oktyabrın 25-də Rusiyanın “Nefteqazovaya vertikal” nəşriyyatı “fond birjasında iki mənbəyə” və “hökumətin həmsöhbətinə” istinadən “Surgutneftegaz” şirkətinin “LUKOIL” da pay almaq niyyətində olduğunu bildirmişdir.

 “Bu, ilk növbədə Vahid Ələkbərovun səhm paketi ilə əlaqədardır”, – həmsöhbətlərdən biri məlumat verib. Bir qədər sonra bu xəbər “MarketTwits” in  “Telegram” kanalında yerləşdirilib.

Qeyd edək ki, “Surgutneftegaz” şirkətinin “LUKOIL” da pay almaq niyyətində olması xəbəri, səhmlərin qiymət artımına gətirib çıxara bilərdi. Belə ki, cəmi üç gün ərzində neft şirkətinin kotirovkaları səbəbsiz olaraq 26% artmışdır. Ələkbərovun bu məsələyə verdiyi açıqlamadan sonra isə qiymət yenidən əvvəlki səviyyəsinə qayıdıb (adi səhmlər -6,6%, imtiyazlı səhmlər -5,58%).

 

Son xəbərlər
Digər xəbərlər