17 C
Baku
Friday, October 18, 2024

Vahid Əhmədov: “Mərkəzi Bank valyuta siyasətini dəyişməsə, büdcəsində pul qalmayacaq”

“Fevralın 21-də Mərkəzi Bank manatın devalvasiyası barədə qərar verdi. Son 5-6 ayda Mərkəzi Bankın 15 milyardlıq valyuta ehtiyatları 9 milyarda qədər azalıb”.

Bunu Milli Məclisin iclasında deputat Vahid Əhmədov deyib.

O bildirib ki, əgər Mərkəzi Bank valyuta siyasətini dəyişməsə, onun büdcəsində pul qalmayacaq. Vahid Əhmədovun fikrincə, Mərkəzi Bank valyuta ilə bağlı siyasətinə yenidən baxmalıdır:

“Çünki Azərbaycandan xarici ölkələrə kəskin valyuta axını davam edir. Bunun qarşısını almaq üçün müvafiq addımlar atılmalıdır. Mərkəzi Bank manatın yumşaq devalvasiyasını həyata keçirməlidir ki, bu cür problemlərlə qarşılaşmasın”.

Vahid Əhmədov dərman preparatlarının qiymətləri ilə bağlı məsələyə də toxunub. O bildirib ki, hökumətin son iclasında prezident də bu problemdən danışıb: “Dərmanların qiyməti ilə bağlı prezident sərəncam verib. Ancaq hökumət dərman qiymətlərinin tənzimlənməsi ilə bağlı mexanizmlərini hələ də açıqlamayıb”.

modern.az

Son xəbərlər
Digər xəbərlər