3 C
Baku
Tuesday, December 24, 2024

Vahid Ələkbərov İranla razılığa gəldi

Yeni qaz yataqlarının axtarışlarına 6 milyon dollar yatırım etmək haqqında razılıq əldə edilib.

“LUKoyl” neft şirkətinin rəhbəri Vahid Ələkbərov ötən həftə İranda səfərdə olub və şirkətin bu ölkədə bir neçə hasilat layihələrində iştirakı barədə razılığa gəlib.

İran və “LUKoyl” arasında yeni qaz yataqlarının axtarışlarına 6 milyon dollar yatırım etmək haqqında razılıq əldə edilib. Lakin bu məbləğ haqqında səslənən fikirlər, hələ ki, şirkətin rəhbərliyi tərəfindən öz təsdiqini tapmayıb.

640ebc1b60a2
Anatoli Yanovski – Rusiya energetika nazirinin müavini

Bu barədə jurnalistlərə məlumat verən, Rusiya Federasiyası energetika nazirinin müavini Anatoli Yanovski “LUKoyl”un İran ilə neft satışı, eləcə də mübadilə əməliyyatlarının müzakirə edildiyini də istisna etməyib.

”Mənim xəbərim var ki, Vahid Ələkbərov ötən həftə İranda səfərdə olub. Neft satışı üzrə məsələlər, mübadilə əməliyyatları da müzakirə edilib. Çünki “LUKoyl”un Xəzərdə və Volqada Xəzərə çıxış olan neft emalı zavodları var, ona görə də, çox güman ki, mübadilə əməliyyatları da müzakirə mövzusu olub. Yəni Rusiya nefti İrana və şimala çıxarıla bilər. İran isə bunun qarşılığında İran körfəzində “LUKoyl”a və digərlərinə müvafiq neft həcmi verə bilər”.

“LUKoyl” neft şirkəti 1993-cü ildə Rusiya Federasiyası hökumətinin qərarı ilə yaradılıb. Nəhəng sənaye maliyyə kompleksinə malik olan “LUKoyl” şirkəti Rusiya, MDB və dünyanın bir çox ölkələrində neft məhsullarının hasilatı, emalı, satışı və kəşfiyyatı ilə məşğul olur. Şirkət 1993-cü ildən Azərbaycanda fəaliyyət göstərir.

ANS PRESS

Son xəbərlər
Digər xəbərlər