6 C
Baku
Sunday, December 15, 2024

Vahid Ələkbərov: “Neftin bir barelinin qiyməti 60 dollar səviyyəsində saxlanılmalıdır”

“Neftin bir barelinin qiymətinin 60 dollar səviyyəsində olması həm istehsalçıların, həm də istehlakçıların tələbatını ödəyir və yanvar ayında o, bu səviyyədə saxlanılmalıdır”.

Banker.az Report-a istinadla xəbər verir ki, bunu “Lukoyl”un rəhbəri Vahid Ələkbərov “Bloomberg”ə müsahibəsində deyib.

Onun sözlərinə görə, Rusiya təklifin azaldılmasını qəbul etsə, “Lukoyl”a müvafiq təlimatları tam yerinə yetirmək üçün üç-dörd ay vaxt lazım olacaq.

Hazırda “Lukoyl” neft hasilatını 2019-cu ildə 1% artırmağı planlaşdırır.

V.Ələkbərov bildirib ki, OPEC+ səviyyəsində neft hasilatının azaldılması üzrə qərar qəbul edilərsə, şirkət də planlarını korrektə edəcək.

“Ümid edirəm ki, belə tədbirlər görməyə ehtiyac olmayacaq”, – o Vyanada bildirib.

Son xəbərlər
Digər xəbərlər