“Lukoil” şirkətinin rəhbəri Vahid Ələkbərov Rusiya telekanallarının birində orta müddətli perspektivdə 1 barrel neftin dəyərinin 75 dollardan çox olacağını demişdir. Bununla yanaşı, Vahid Ələkbərov bildirmişdir ki, OPEC-in özünün gələcək sammitində neft hasilatına qoyulan normaları endirmək barədə qərar verəcəyini gözləmir.
O 21 aprel tarixində neftin qiymətinin “dibə” qədər endiyini bildirmişdi. İlin əvvəlində isə o 1 barrel neftin dəyərinin 25 dollara qədər enə biləcəyini proqnoz vermişdi.