7 C
Baku
Friday, November 8, 2024

Vahid Ələkbərov “uğurlu milyarderlər” siyahısında: Sərvəti 13,2 milyard dollar artdı

Rusiyada son 10 ilin ən uğurlu milyarderlərinin adı açıqlanıb.

“Forbes”in versiyasına görə, siyahıya “Novateka”nın sahiblərindən biri olan Leonid Mixelson rəhbərlik edib.

“Forbes” siyahısının ötən onillikdə ən uğurlu 10 iştirakçısını sərvətini 111 milyard dollar artıra bilib”, – nəşr yazıb.

Siyahıya liderlik edən Mixelsonun sərvəti 2010-cu ildən 2019-cu ilə qədər 22,6 milyard dollar artaraq, 4,4 milyard dollardan 27 milyard dollara yüksəlib.

Siyahının ilk üçlüyünə sərvətini 20,8 milyard dollar artıran Gennadi Timçenko və 13,5 milyard dollar varlanan Vladimir Potanin də daxil olub.

Reytinqdə, həmçinin, son on ildə sərvətini 13,2 milyard dollar artıran “LukOil” prezidenti Vahid Ələkbərov, “Severstal”ın sahibi Aleksey Mordaşov (10,3 milyard dollar) və Andrey Melniçenko (10,2 milyard dollar) da təmsil olunub.

Siyahının növbəti pillələrində Viktor Vekselberq (5,5 milyard), Əlişir Usmanov (5,3 milyard), Vladimir Lusin (5 milyard) və “Andrey Kozitsın (4,6 milyard) qərarlaşıb.

Son xəbərlər
Digər xəbərlər