17 C
Baku
Sunday, May 19, 2024

Vahid Ələkbərov Rusiyanın ən varlı milyarderi olub

“Lukoil” neft şirkətinin təsisçisi Vahid Ələkbərov “Forbes”in versiyasına görə Rusiyanın ən varlı insanı olub. Nəşr sahibkarın sərvətini 28.6 milyard dollar (illik +8.1 milyard dollar) olaraq qiymətləndirib.

2022-ci ilin aprelində Böyük Britaniya iş adamına qarşı sanksiyalar tətbiq edib və o, “Lukoil”in prezidenti vəzifəsini tərk edib.

Rusiya reytinqində ikinci və üçüncü yerləri “Novatek” şirkətinin idarə heyətinin sədri Leonid Mixelson (27.4 milyard dollar) və Novolipetsk Metallurgiya Zavodunun” həmsahibi Vladimir Lisin (26.6 milyard dollar) tutur.

Xatırladaq ki, Vahid Ələkbərov 2022-ci ilin aprelində “Lukoil”in direktorlar şurasını və prezidenti postunu tərk edib. Səbəb onun özünün dediyinə görə, şirkətin inkişafına mane olan ona qarşı tətbiq edilən şəxsi sanksiyalar olub.

Son xəbərlər
 ⁠
Digər xəbərlər