4 C
Baku
Tuesday, February 27, 2024

Vahid Hacıyev: Fevralın sonunda Zəngilana daha 20 ailə köçürüləcək

Fevral ayının axırı, mart ayının ilk həftələrində Zəngilan rayonunun Ağalı kəndinə daha 20 ailə köçürüləcək.

Bu barədə jurnalistlərə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev deyib.

Onun sözlərinə görə, 2022-ci il ərzində Zəngilan rayonu Ağalı kəndinə 66 ailə, 326 nəfər artıq köçüb və onlar orada yaşayır, işləyirlər.

“2023-cü ildə də növbəti köç gözlənilir. İki mərhələdən ibarət olan köç artıq bu ayın axırı, mart ayın ilk həftələrində həyata keçiriləcək”, – Vahid Hacıyev qeyd edib .

O əlavə edib ki, evlərin tikintisi artıq başa çatıb və onlar öz sakinlərini gözləyirlər: “Ağalı kəndində bütün infrastruktur və xidmət strukturları, sahələri artıq fəaliyyət göstərir və buranın sakinləri bu sahələrdə çalışır”.

Son xəbərlər
Digər xəbərlər