Vahid Mustafayevin “VMF” şirkəti 2023-cü ili 383 356 manat xalis mənfəətlə bitirib. 2022-ci ildə şirkətin mənfəəti 425 959 manat olub ki, bu da illik müqayisədə 10% azalmadır.
Banker.az bu barədə “VMF” şirkətinin illik maliyyə hesabatına istinadən xəbər verir.
Ötən il “VMF” şirkətinin əsas əməliyyat gəlirləri 6 milyon 972 min manat, satışın maya dəyəri üzrə xərcləri 3 milyon 989 min manat olub.
2023-cü ilin dekabrında “VMF” şirkətinin cəmi aktivləri 21% artaraq 7 milyon 98 min manat təşkil edib.
Xatırladaq ki, “VMF” şirkəti 1998-ci ildə təsis edilib. Onun nizamnamə kapitalı 20 220 manat olmaqla, onun 100%-i Vahid Mustafayevə məxsusdur.