16 C
Baku
Thursday, April 25, 2024

Vakansiya qalmaqalı və ya Banklar niyə işçiləri aldadır?

Azərbaycanda artıq uzun müddətdir ki, gənclərin işsizlik problemi mövcuddur. Hətta ali təhsil almış gənclər belə ya iş tapa bilmir , ya da ixtisasına uyğun olmayan sahədə çalışır. Ən çox maraq göstərilən sahələrdən bir isə bank işidir. Azərbaycanda bank sisteminin dünya standartlarına daha yaxın bir sahə olduğunu nəzərə alsaq, tələbatın niyə belə yüksək olması aydınlaşır.

Hazırda tələbələr üçün banklarda işləmək üçün əlverişli şərait yaradılır, müxtəlif təcrübə proqramları təşkil olunur. Təcrübə proqramı işə qəbulun ön hazırlıq hissəsi kimi çıxış edir. Ilk öncə tələbə imtahandan keçirilir, imtahan sualları əsasən məntiq və riyazi biliklərin yoxlanılmasına əsaslanır. Imtahanı uğurla keçmiş tələbələr müsahibəyə çağırılır və ancaq bundan sonra təcrübəyə dəvət olunurlar. Təcrübə isə adətən 3 ay müddətində olur. Bu müddətin sonunda tələbə yenidən imtahana cəlb olunur, bu dəfə isə imtahan bank işi üzrə suallar əsasında keçirilir. Yalnız bütün bu mərhələləri keçmiş tələbə işə qəbul olunur.

Ümumiyyətlə, işə qəbul zamanı əsas tələblərdən biri ən azı bir il həmin sahədə iş təcrübəsinin olmasıdır. Təcrübəsi olmayan tələbələr isə banklarda işləmək üçün ən yaxşı halda bu proqramlarda iştirak hüququ qazanırlar. Bəzən banklar bu vəziyyətdən sui-istifadə edirlər. Tələbələrin əməyini istismar edib, əvəzində isə heç bir haqq ödəmirlər. Hətta təcrübə müddətin müxtəlif bəhanələrlə uzadılma hallarına da rast gəlinir.

Sizin diqqətinizə bir sıra halları çatdırırıq.

Banklardan birində təcrübə keçən və adının anonim saxlanmasını xahiş edən istifadəçilərimizdən biri qeyd edir ki, artıq yuxarıda sadaladığımız bütün mərhələləri keçmiş və təcrübəçi kimi fəaliyyət göstərmə başlayıb. Bu müddət ərzində bütün müştəri xidmətləri üzrə əməliyyatları aparmağı öyrənmişdir. Hətta daha sonradan təcrübəyə qatılanlar da onun başçılığı altında təcrübə keçiblər. Təcrübə müddətinin 15 ay davam etməsinə baxmayaraq, o hələ də heç bir əməkhaqqı almayıb.

Digər bir hal isə daha bir bankda baş vermişdir. 3 ay təcrübə keçmiş şəxs imtahan verdikdən sonra isə həmin bankın filiallarından birinə işləmək üçün təyinat alıb. Bir ay işlədikdən sonra hələ də işə qəbulun rəsmiləşdirilməsi baş verməyib. Bəhanə kimi isə vakant yerlərin olmadığını və işçi lazım olduqda bu haqda məlumat verəcəklərini bildiriblər.

Qanunvericilikdə bu haqqda nəzərdə tutulmuş maddələr aşağıdakılardır.

  •     Sınaq müddəti maksimal olaraq 3 ay təyin edilə bilər
  •     Sınaq müddətində əmək müqaviləsi bağlanmışdırsa , o zaman sınaq müddəti ərzində sınaqdan keçən şəxs əmək haqqı almalıdır
  •     Sınaq müddəti müsabiqə nəticəsində təyin edilmiş işçilərə şamil edilmi.
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər