1 C
Baku
Bazar ertəsi, Yanvar 17, 2022

Vaksin istehsalı 9 nəfəri milyarder edib

Koronavirus vaksinlərinin satışı həmin peyvəndlərin istehsalçısı olan şirkət rəhbərlərini milyarderə çevirib.

Bu barədə CNN material dərc edib. Bildirilir ki, vaksin istehsalından ən çox gəlir əldə edənlər Amerikanın “Moderna” şirkətinin rəhbəri Stefan Bansel və “Pfizer”lə birgə peyvənd istehsal edən “BioNTech”in rəhbəri Uğur Şahin olub. Onların hər ikisinin maddi sərvəti hazırda 4 milyard dollar təşkil edir.

Bundan başqa, “Moderna”nın ilk investoru olan Çinin “CanSino Biologics” şirkətinin rəhbərləri də milyarderə çevrilib. Ümumilikdə yeni milyarderə çevrilən 9 nəfərin ümumi sərvəti 19,3 milyard dollar təşkil edir.

Son xəbərlər
Oxşar xəbərlər