24 C
Baku
Bazar ertəsi, Sentyabr 20, 2021

Vaksin olunanlardan neçə faizinin yoluxduğu açıqlandı

Screen Shot 2021 09 02 at 14.34.20

Azərbaycanda vaksin olunanlar arasında 0,6 faiz yoluxma halı müşahidə olunub.

Bu barədə məlumatı TƏBİB-in idarə Heyətinin sədri Ramin Bayramlı özünün tvitter hesabında paylaşıb.

“Sağlamlığımızı qorumaqda, peyvənd olunmaqda qərarlı olduğumuz müddətcə ürəkaçıcı nəticələrə birlikdə şahid olacağıq”, – deyə R.Bayramlı paylaşımında qeyd edib.

Qeyd edək ki, hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 6 milyon 110 min 185, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 milyon 667 min 494, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 milyon 442 min 691 təşkil edir.

 

 

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər