21 C
Baku
Bazar ertəsi, Oktyabr 18, 2021

Vaksin vurduranlara “SMS icazə” və digər hərəkət məhdudiyyətləri tətbiq olunmaya bilər

Screen Shot 2021 09 02 at 14.34.20

Sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunarsa, vaksinləşmə prosesinin hər iki mərhələsini başa çatdırmış şəxslərə güzəştlər tətbiq olunacağı gözlənilir. Vaksinləşmə prosesinin hər iki mərhələsini yekunlaşdıranlara “SMS icazə” və digər hərəkət məhdudiyyətləri tətbiq olunmaya bilər.

Banker.az bildirir ki, bu barədə “APA”ya tibbi mənbələrdən bəlli olub.

Məlumata görə, koronavirusa yoluxma sayındakı kəskin artımlar yenidən karantin rejiminin sərtləşdirilməsini aktuallaşdırır. Belə vəziyyətdə isə vaksinləşmə prosesinin hər iki mərhələsini həyata keçirənlərə məhdudiyyət tətbiq olunmaması müzakirə edilir.

Qeyd edək ki, Prezidentin köməkçisi Şahmar Mövsümov bir müddət əvvəl vaksinləşmə prosesini tam keçmiş vətəndaşlara güzəştlərin tətbiq edilməsinin müzakirə olunduğunu qeyd etmişdi.

Xatırladaq ki, əvvəlcə Azərbaycanda 50 yaş üzəri şəxslərin vaksinləşmə prosesi başladılıb. Hazırda hökumət 40 yaş üzəri şəxslərin vaksinləşmə prosesindən istifadə edə biləcəyini açıqlayıb.

Vaksinləşmə vətəndaşlar üçün pulsuzdur. Azərbaycan dövləti bu proses üçün Çinin “Sinovac Biotech” şirkətinin istehsalı olan 4 milyon ədəd “CoronaVac” vaksinini ölkəyə gətirib.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər