24 C
Baku
Cümə axşamı, Sentyabr 23, 2021

Valyuta əməliyyatlarına görə aqrar şirkət cərimələnir

Screen Shot 2021 09 02 at 14.34.20

Azərbaycanda kənd təsərrüfatı yönümlü məhsullar istehsal edən “CTC Holdinq” ASC-nin müəssisəsi Azərbaycan Mərkəzi Bankı tərəfindən cərimələnir.

Bu barədə Banker.az-a məlumat daxil olan mənbələrin qeydlərində bildirilir.

Əkinçilik və heyvandarlıqla məşğul olan  “Xızı Agro Park” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib edilən cərimə protokolu 26 avqust 2021-ci il tarixdə, Xızı Rayon Məhkəməsinə göndərilib. Məhkəməyə Emin Abdullayev hakim təyin edilib.

Bu maddə İXM-də valyuta tənzimi qaydaları pozulmasına görədir.

Belə ki, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.

Sahibkar müqavilə bağlayaraq, xarici şirkətə ödəniş edib, sövdələşdiyi vaxt yox, 2 il müddət çərçivəsində malı həmin şirkətdən ya almalı, ya da ödədiyi maliyyə vəsaitini geri qaytarmalıdır. Bunlara əməl etmək mümkün olmadıqda isə sahibkarlara Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən, müqavilə məbləğinin 20-30 faizi civarında cərimə protokolu tərtib olunur.

Hazırda “CTC Holdinq”in tabekiyində 7 aqrar şirkət var. Bura “Xızı Agro Park” MMC, “Aqro Qala” MMC, “Xınalıq İM” MMC, “CTC Servis” MMC, “CTC İnvest” MMC, “Meat Diary” MMC və “Milk-Pro” MMC (Sevimli Dad) kimi şirkətlər daxildir.

Screen Shot 2021 09 23 at 11.36.43
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər